Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin fevralın 1-nə olan reytinq cədvəlini açıqlayıb. Matc.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 685 xalla bədii gimnastika üzrə qrup hərəkətləri komandası başçılıq edir.
 
Bədii gimnast Zöhrə Ağamirova 640 xalla ikinci, stend atıcılığı üzrə qarışıq komanda isə 405 xalla üçüncü pillədə yer alıb.
 
Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest