19 yaşadək futzalçılar arasında təşkil olunacaq Aç-2023-ün əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb. Matc.az xəbər verir ki, millimiz martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək.
 
Ertəsi gün rəqibimiz Bosniya və Herseqovina futzalçıları olacaq. Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü Yunanıstan yığmasına qarşı keçirəcək.
 
Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Herseqovinada təşkil olunacaq.
 
Fransa – Azərbaycan
22 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00
 
Yunanıstan – Bosniya və Herseqovina
22 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 23:00
 
Yunanıstan – Fransa
23 mart. Şiroki Brijeq şəhəri, Pecara İdman zalı. Saat 20:00
 
Bosniya və Herseqovina – Azərbaycan
23 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 23:00
 
Azərbaycan – Yunanıstan
25 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 20:00
 
Bosniya və Herseqovina – Fransa
25 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 23:00

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest