01 Avqust 2026, 20:01
FUTBOL
"Napoli" klubunun əsasının qoyulmasının 100 illiyi qeyd olunur.
Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Bildirilir ki, klubun yubileyi şərəfinə şəhərdə irimiqyaslı bayram proqramı planlaşdırılıb. Neapol küçələrində azarkeşlərin yürüşü keçiriləcək, şəhərin yüz kilsəsində isə eyni vaxtda zənglər çalınacaq.
Həmçinin klubun əfsanələrinin iştirakı ilə xüsusi mərasim təşkil olunacaq. Sakinlərə və şəhərin qonaqlarına tamamilə pulsuz olaraq minlərlə "Marqarita" pizzası paylanacaq.
Neapolun tarixi yerləri göy rənglə işıqlandırılacaq, bayram tədbirləri isə eyni vaxtda atılacaq atəşfəşanlıqla başa çatacaq.












