"Qarabağ" futbol klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki ilk oyunu öncəsi azarkeşlərinə çağırış edib.
"Qarabağ" futbol klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki ilk oyunu öncəsi azarkeşlərinə çağırış edib.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Ağdam təmsilçisi növbəti mərhələdə Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə qarşılaşacaq.
"Dəyərli "Qarabağ" azarkeşləri! Sizin dəstəyiniz bizim ən böyük gücümüzdür. UEFA Konfrans Liqasının III təsnifat mərhələsində rəqibimiz "Dinamo" (Kiyev, Ukrayna) olacaq. İlk oyunumuz 6 avqust saat 21:00-da səfərdə keçiriləcək. Gəlin, bu yolda da "Qarabağ"ımızın yanında olaq! Birlikdə daha güclüyük", – deyə klubun rəsmi müraciətində qeyd olunub.













