"Brentford" Mali millisinin yarımmüdafiəçisi Mamadu Sanqare ilə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə komandasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçu Fransanın "Lans" klubundan rekord məbləğə transfer olunub. 24 yaşlı oyunçu daha 1 il uzadılma variantı ilə 5 illik müqaviləyə imza atıb.

2025/2026 mövsümündə Sanqare Fransa Liqa 1-nin rəmzi komandasına daxil olub. Transfer məbləği 48 milyon avro təşkil edib. Bundan əvvəl "Brentford"un ən baha transferi ötən yay "Bornmut"dan 42,8 milyon avroya keçən vinger Danqo Uattara hesab olunurdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest