10 Fevral 2023, 22:00
DİGƏR
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında iştirak edir. Matc.az xəbər verir ki, bu gün qadın sablyaçıların şəxsi yarışında təsnifat mərhələsinə yekun vurulub.
Dünya reytiqində 1-ci srada qərarlaşan Anna Başta mübarizəyə əsas mərhələdən başlayacaq. Digər sablyaçılarımızdan Səbinə Kərimova və Zərifə Hüseynova da əsas mərhələyə yüksəlməyi bacarıb. Qrupda 4 qələbəsi olan Səbinə 64-lüyə yüksəlmək uğrunda keçirilən yarışda özbəkistan təmsilçisi Paola Pliegoya 15:8 hesabı ilə qalib gəlib. Zərifə isə alman Julika Funkeni 15:13 hesabı ilə məğlub edərək əsas mərhələdə mübarizə aparmaq hüququ qazanıb.
Anna Başta əsas mərhələdə italyan Sofia Ciaragliya, Zərifə Hüseynova fransalı Karolin Queroli, Səbinə Kərimova isə çinli Yaqi Şao ilə qarşılaşacaq.
Palina Kaspiaroviç, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini uğurla adlasa da, təsnifat mərhələsinin pley-offunda mübarizəni dayandırıb.