Almaniya II Bundesliqasında XXV tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge" də növbəti matçını keçirib.

Aue təmsilçisi doğma meydanda "Paderborn"u qəbul edib. Oyun "Erzgebirge"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Nazarov 83-cü dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, 25 oyundan sonra aktivində 32 xal olan Aue klubu turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest