12 Fevral 2023, 13:52
DİGƏR
Bu gün özbəkistanın paytaxtı Daşkənd şəhərində qılıncoynatmanın sablya növü üzrə dünya kubokunda qadınların komanda yarışında qaliblər müəyyənləşir.
Matc.az xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv ilk görüşdə Kanada yığmasına 45:38 hesabı ilə qalib gələrək ən güclü 8-liyə yüksəlib.
Bu mərhələdə Fransa millisi ilə qarşılaşan komandamız gərgin və maraqlı mübarizə şəraitində keçən görüşün yekununda rəqibini 45:44 hesabı ilə məğlub edib. Qadın sablyaçılarımız yarımfinalda Macarıstan yığmasını 45:37 hesabı ilə üstələyib. Komandamız həlledici görüşdə Bolqarıstan sablyaçıları ilə qarşılaşacaq.