Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisi özbəkistanın paytaxtı Daşkənddəki dünya kubokunda gümüş medal qazanıb. Matc.az xəbər verir ki, yığmamız finalda Bolqarıstan seçməsinə 40:45 hesabı ilə uduzub.
 
Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv ilk görüşdə Kanada millisinə 45:38 hesabı ilə qalib gəlmişdi. Komandamız 1/4 finalda Fransanı 45:44, yarımfinalda Macarıstanı 45:47 hesabı ilə üstələmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest