Bu gün futzal üzrə Yüksək Liqada XXI turun oyunları keçirilib. Matc.az saytının məlumatına görə, tura ilk "3-lüy"ü qapayan "Neftçi" ilə ortabablardan hessab edilən "Yasamal" MFK-nın dueli ilə start verilib.

Oyunbou üstün olan "Neftçi"nin ardıcıl hücumları hesabda da əksini tapıb. Nominal meydan sahibləri böyükhesablı qələbə qazanıb.

Turun mərkəzi oyununda lider ən yaxın izləyicisi ilə qarşılaşıb. Cari mövsümdə "Araz"ın EKOL-u yenə bilməməsi isə oyuna əlavə maraq qatıb. Fəal başlayan "Araz" start fitindən cəmi 30 saniyə sonra hesabı açıb. İsa Atayev rəqib torunu silkələyib. Mohammadtaha isə 6-cı dəqiqədə 7 saniyə ərzində iki qol vurmaqla fərqi artırıb. Düzdü, Atakişiyev sonra "Araz"ın qapısına yol tapıb, amma lider fasiləyə qədər 2 topluq fərqi əldən verməyib. İkinci hissənin əvvəlində Ələkbərov fərqi minimuma endirib. EKOL sonra yenə qol vurub, lakin Fərizyev bu dəfə avtoqol müəllifi olub. Yeri gəlmişkən, oyunun gedişində "Araz" bir, EKOL isə iki üzvünü palyardəyişmə otağına erkən göndərmək məcburiyyətində qalıb.

Turun və III dövrənin son oyunu "Liman" – "Xəzər Cənub" görüşü isə fantastik hesab və  Hadi Rezvanın 21 qol vurması ilə bombardirlik yarışında yenidən birinci sıraya yüksəlməsi ilə yadda qalıb.

 

Yüksək Liqa

XXI tur

"Neftçi" İK – "Yasamal" MFK – 15:0 (7:0)

Qollar: R. Balakişiyev, 0:21, 15:07, O. Baxşəlizadə, 03:32, 24:42, 26:07, V. Şəfayi, 06:40, 30:05, 17:28, T. İsmayılov, 11:35, M. Katebi, 15:45, 38:59, O. Oraz, 16:20 (ö/q), S. Şahnazi, 20:56, 22:08, V. Xocayev, 27:18

Hakimlər: Anar Fərəcov, Rahin Heybətov, İsgəndər Əliyev

Time keeper: Rəmzi Hüseynov

"Neftçi" İK: 23. Seyid Əhməd (q), 5. Vahid Şəfayi, 6. Mühəmməd Katebi, 10. Rüfət Balakişiyev (k), 14. Vitali Borisov, 1. Samir Mehtiyev (q), 3. Salar Şahnazi, 7. Rəcəb Fərəczadə, 8. Vahib Xocayev, 13. Əjdər Əjdərov, 17. Tural İsmayılov, 94. Oruc Baxşəlizadə

Baş məşqçi: Hacıbala Abdullazadə

"Yasamal" MFK: 1. Əbdül Məmmədov (q), 10. Omid Oraz (k), 12. Mortuza Cahandost, 17. Tural Lətifov, 18. Kənan Osmanlı, 11. Cavidan Vəliyev, 9. Məhəmməd Osmanov

Rəhbər: Orxan Allahverdiyev

 

"Araz" – EKOL – 7:3 (4:2)

Qollar: İ. Atayev, 0:30, M. Neyməti, 05:29,  05:36, Ali Mikaeli, 17:31, Z. Fərziyev, 36:28 (ö/q), H. Seyidabolfaz, 38:45, X. Bağırov, 38:56 – F. Atakişiyev, 14:21, S. Həmzəyev, 19:42, F. Ələkbərov, 22:04

Sarı vərəqələr: M. Nasirzadegah, 12:07, H. Seyidabolfaz, 18:55, İ. Atayev, 37:34, R. Hüseynli, 38:56 – N. Məmmədkərimov, 06:05, F. Atakişiyev, 10:32, R. çovdarov, 12:12, F. Əliyev, 29:43

Qırmızı vərəqələr: M. Nasirzadegah, 13:09 (ikinci sarı) – R. çovdarov, 24:41 (ikinci sarı), F. Əliyev, 37:51 (ikinci sarı)

Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı, Mehman Mahmudov

Time keeper: Rəmzi Hüseynov

"Araz": 12. Rövşən Hüseynli (q), 8. Rizvan Fərzəliyev (k), 10. Nihad İsmayılov, 11. Xətai Bağırov, 17. İsa Atayev, 1. Kamran Hacıyev (q), 7. Ali Mikaeli, 9. Oktay Rüstəmli, 13. Hosseyin Seyidabolfaz, 14. Masoud Nasirzadegah, 15. Mohammadtaha Neyməti, 18. Adil İsmayılov, 19. Sadiq Cavid, 20. Emil Həsənzadə

Baş məşqçi: Joze Alesio Da Silva

EKOL: 1. İntiqam Babayev (q), 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 17. Fərid Ələkbərov, 99. Emin Kürdov (q), 2. Radik Əhmədov, 7. Ramiz çovdarov, 9. Əsgər Abasov, 14. Zaur Fərziyev, 77. Faiq Əliyev, 33. Ələsgər Ələsgərli

Məşqçi: Radik Əhmədov

 

"Liman" – "Xəzər Cənub" – 3:34 (2:20)

Qollar: P. Tanırverdiyev, 07:14, 07:49, 30:34 //  İ. Surqalı, 0:12, 35:11, H. Rezvan, 01:27, 03:37, 06:23, 06:41, 11:00, 13:27, 15:49, 17:18, 17:29, 17:54, 18:41, 19:02, 19:55, 20:45, 30:10, 30:26, 31:44, 34:36, 34:40, 38:17, 39:07, M. Pənahande, 02:50, 07:43, 11:57, 27:15, F. Mazaheri, 13:50, 15:19, 36:24, E. Əliyev, 16:45 (ö/q), İ. Mirzəyev, 36:08, 38:48, 39:44

Hakimlər: Fuad Həsənov, Kənan Məlikov, Vüsal Balaşov

Time keeper: Rəmzi Hüseynov

"Liman": 1. Ali Deljo (q), 27. Vahid Ansari (k), 13. Elsevər Əliyev, 14. Paşa Tanırverdiyev, 15. Anar Abbasov

Rəhbər: Fariz Əkbərov

"Xəzər Cənub": 33. Reza Təbrizi (q), 7. Hadi Rezvan, 9. Farid Mazaheri, 10. Mehdi Pənahande (k), 11. Şahab Şahnaz, 24. Hamid Raşidi (q), 12. Raşid Qalapur, 20. İsaq Surqalı, 78. Behzad Şebli, 13. Amir Şocayi, 99. İlkin Mirzəyev

Menecer: Tuğsal Eliz

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest