İkinci hissədə rəqibin təzyiqindən sonra "oturmalı" olduq. Əks-hücumlarda şanslarımızdan istifadə edə bilmədik. Yaxşı nəticədi. Bu cür oyunlar bizim üçün faydalıdı.

"Əsas odur ki, uduzmadıq. Düzgün başa düşün, bu cür komanlaara məğlub olmamaq qarşıdakı matçlara yaxşı motivasiya verir". Matc.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov deyib.

Topaz Premyer Liqasının XX turunda səfərdə "Qarabağ"la qarşılaşan qəsəbə təmsilçisi 0:0 heç-heçəyə razılaşıb.

Oyundan sonra mətbuat konfransı keçirən Abasov görüşü şərh edib: "Futbolçuların təkbətək mübarizələrdə özlərini necə göstərmələri vacib idi. İlk hissədə bu, super idi, rəqibi üstələdik. İkinci hissədə rəqibin təzyiqindən sonra "oturmalı" olduq. Əks-hücumlarda şanslarımızdan istifadə edə bilmədik. Yaxşı nəticədi. Bu cür oyunlar bizim üçün faydalıdı. Görəcək işlər çoxdu. İnanıram ki, ən yaxşılardan yox, ən yaxşısı olacağıq".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest