Qazaxıstan çempionatında növbəti mövsümə start verilib. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" da ilk görüşünə çıxıb.

Doğma meydanda Povlador "İrtış"ı ilə üz-üzə gələn komanda mövsümə uğurlu start verib. Balayev və yoldaşları 3:0 hesablı qələbəyə seviniblər.

Emil start heyətində başladığı görüşü əvəzolunmadan keçirib.

Qeyd edək ki, ilk oyunlardan sonra 3 xal qazanan 3 komandadan biri olan "Tobol" ikinci pillədə yerləşib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest