Almaniya Bundesliqasında XXV turun daha 5 oyunu keçirilib. Matc.az saytının məlumatına görə, günün nəticələrinə əsasən, turnir cədvəlində lider dəyişikliyi olub.
Eyni xala malik Dortmund "Borussiya"sı və "Bavariya" növbəti qələbələrini qazansalar da, sonuncular top fərqinə görə zirvəyə yüksəliblər.
"Volfsburq"u 6:0 hesabı ilə məğlub edən münhenlilər ilk pilləni ələ keçirib. Dortmundlular isə "Ştutqart" üzərində 3:1 hesablı qələbəyə sevinib.
Günün digər matçlarında "Leypziq" "Auqsburq"la qolsuz heç-heçə edib. "Frayburq" isə öz meydanında "Herta"ya qalib gəlib – 2:1.
Mönhenqladbax "Borussiya"sı isə "Mayns"ın qonağı olub. Matçın taleyini qonaqların vurduğu bir qol həll edib.
Qeyd edək ki, tura martın 10-11-də keçiriləcək görüşlərlə yekun vurulacaq.
Almaniya Bundesliqası
XXV tur
9 mart
"Borussiya" D – "Ştutqart" – 3:1
Roys, 62 (pen.), Alkaser, 84, Pulişiç, 90 – Kampf, 71
"Bavariya" – "Volfsburq" – 6:0
Qnabri, 34, Levandavki, 37, 85, Rodriges, 52, Müller, 76, Kimmix, 82
"Leypsiq" – "Auqsburq" – 0:0
"Frayburq" – "Herta" – 2:1
Petersen, 27, İbişeviç, 80 (pen.) – İbişeviç, 76
"Mayns" – "Borussiya" M – 0:1
Elvedi, 63
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Bavariya |
25 |
18 |
3 |
4 |
62-27 |
57 |
2 |
Borussiya D |
25 |
17 |
6 |
2 |
61-28 |
57 |
3 |
Leypsiq |
25 |
13 |
7 |
5 |
43-20 |
46 |
4 |
Borussiya M |
25 |
14 |
4 |
7 |
44-30 |
46 |
5 |
Ayntraxt |
24 |
11 |
7 |
6 |
47-30 |
40 |
6 |
Bayer |
24 |
12 |
3 |
9 |
43-35 |
39 |
7 |
Volfsburq |
25 |
11 |
6 |
8 |
39-37 |
39 |
8 |
Verder |
25 |
9 |
9 |
7 |
43-37 |
36 |
9 |
Herta |
25 |
9 |
8 |
8 |
38-36 |
35 |
10 |
Hoffenhaym |
24 |
8 |
10 |
6 |
47-36 |
34 |
11 |
Fortuna |
24 |
9 |
4 |
11 |
31-42 |
31 |
12 |
Mayns |
25 |
8 |
6 |
11 |
27-39 |
30 |
13 |
Frayburq |
25 |
7 |
9 |
9 |
36-41 |
30 |
14 |
Şalke |
25 |
6 |
5 |
14 |
27-43 |
23 |
15 |
Auqsburq |
25 |
5 |
7 |
13 |
34-46 |
22 |
16 |
Ştutqart |
25 |
5 |
4 |
16 |
25-55 |
19 |
17 |
Hannover |
24 |
3 |
5 |
16 |
21-55 |
14 |
18 |
Nürnberq |
24 |
2 |
7 |
15 |
18-49 |
13 |