Azərbaycan Basketbol Liqasında 18-ci tura start verilib. Matc.az xəbər verir ki, açılış oyununda lider NTD "AAAF Xırdalan"la qarşılaşıb.
 
"Sərhədçi" İdman Mərkəzində baş tutan görüş Xırdalan təmsilçisinin 95:77 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Ən məhsuldar basketbolçular NTD-dən Londel Kinq (23 xal, 19 ribaund), "AAAF Xırdalan"dan isə Deymon Makdouel (34 xal, 5 ribaund) olublar.
 
Turun "Sabah" - "Gəncə", "Neftçi" İK - "Olimpik Şəki", "Zirvə Astara" - "Sərhədçi" oyunları 18-19 fevralda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest