"Fiorentina"nın hücumçusu Federiko Kyeza karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc oyunçu "Tottenhem"in maraq dairəsindədi.

London klubunun baş məşqçisi Mauritsio Poçettino 21 yaşlı forvardın transfer edilməsini istəyib. İngilislər vaxt itirmədən qarşı tərəflə danışıqlara başlayıb. "Tottenhem" bu keçid üçün "Fiorentina"ya 70 milyon funt-sterlinq ödəməyə hazırdı.

Qeyd edək ki, Federiko Kyeza "Milan", "Yuventus", "İnter" və PSJ-nin də maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest