10 Mart 2019, 14:42
FUTBOL
"Barselona" kapitanı Lionel Messi ilə yeni müqavilə imzalamaq niyyətindədi. Matc.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu barədə klub prezidenti Xosep Bartomeu məlumat verib.
O bildirib ki, argentinalı superulduzla danışıqlara artıq start verilib. Əgər Leo yeni sözləşməyə razılıq versə, 2021-ci ilə qədər olan müqavilə müddəti daha 1 və ya 2 illik uzadılacaq. Belə olacağı təqdirdə, 31 yaşlı futbolçunun transfer qiyməti də 700 milyon avro olaraq müəyyən ediləcək.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Lionel Messi 2004-cü ildən əsas komandanın formasını geyinir.