Azərbaycan Basketbol Liqasında 18-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, turun son oyunu Astara Olimpiya İdman Kompleksində yerli "Zirvə Astara" ilə "Sərhədçi" arasında baş tutub.
 
Matça sürətli başlayan "Sərhədçi" üstünlüyünü sona qədər davam etdirib və yekunda 92:76 hesablı qələbə qazanıb. Bu qalibiyyət sayəsində "Sərhədçi" aktivindəki 31 xalla turnir cədvəlində NTD ilə liderliyə şərik olub.
 
Ən məhsuldar basketbolçular "Zirvə Astara"dan Cerret Henderson (21 xal, 10 ribaund), "Sərhədçi"dən isə Maksvel Starvud (22 xal, 9 ribaund) olublar.
 
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Gəncə" "Sabah"a (81:76),  "Neftçi" "Olimpik Şəki"yə (88:69), "AAAF Xırdalan" isə NTD-yə (95:77) qalib gəlmişdi. 19-cu turun oyunları 22-26 fevral tarixləri aralığında baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest