"Çox ciddi hazırlaşmış, qələbəyə köklənmişdik. Bu qarşılaşmada çox vacib qələbə qazandıq. Matçın sonlarında azlıqda qaldığımız vaxt bir az çətinliklə üzləşdik. Hakimlərin bu qərarına çox təəssüflənirəm".
"Bizim üçün ağır oyun oldu. "Səbail" hazırda yaxşı formadadı, əhval-ruhiyyələri də yüksəkdi". Matc.az-ın "Qəbələ"nin rəsmi saytına istinadən məlumatına görə, bunu komandanın baş məşqçisi Sənan Qurbanov deyib.
Topaz Premyer Liqasının XX turunda "Səbail"i qəbul edən "qırmızı-qaralar" 2:1 hesablı qələbə qazanıb.
Qurbanov oyunsonrası mətbuat konfransında çətin matç olacağını öncədən bildiklərini söyləyib: "çox ciddi hazırlaşmış, qələbəyə köklənmişdik. Bu qarşılaşmada çox vacib qələbə qazandıq. Matçın sonlarında azlıqda qaldığımız vaxt bir az çətinliklə üzləşdik. Hakimlərin bu qərarına çox təəssüflənirəm. Adi mübarizə epizodunda gənc futbolçuya ikinci sarı vərəqə göstərdilər. ölkəmizdə mərkəz müdafiəçisinin az olduğu vaxtda Bəhlul Mustafazadəni milli komandaya namizəd görürəm. O, artıq formasını bərpa etməkdədi. Həm gənc, həm də təcrübəli hakimlər bir az diqqətli olmalıdı. Daha çox qələbəyə köklənmişdik. Xal itirmək istəmirdik. Buna görə bir az gərginlik var idi. Oyundan razı qaldım".