Portuqaliya Sequndasında XXV turun oyunları keçirilir. Matc.az saytının məlumatına görə, bu günün ilk oyununda "Eştoril" "Gimaraeş"in ikinci komandasını qəbul edib.

Limanın 88-ci dəqiqədə vurduğu qol qarşılaşmada yeganə olub və ev sahibləri 1:0 hesablı qələbə qazanıb. Azərbaycan millisinin hücumçusu Renat Dadaşov isə bu görüşdə "Eştoril"in "18-liy"inə salınmayıb.

Qeyd edək ki, aktivindəki xalların sayını 44-ə çatdıran "Eştoril" turnir cədvəlində 3-cü pillədəki mövqeyini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest