İngiltərə Premyer Liqasının XXX turunda "Bernli"ni qəbul edən "Liverpul" hesabda geri düşməsinə baxmayaraq, əzmkar qələbə qazanıb - 4:2. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, görüş "qırmızılar"ın hücumçuları Roberto Firmino və Sadio Mane üçün düşərli olub.

19 və 67-ci dəqiqədə fərqlənərək dubla imza atan Firmino 6 oyunluq qol həsrətinə son qoyub. Braziliyalı buna qədər axırıncı dəfə yanvarın 19-da "Kristal Pelas"la matçda fərqlənmişdi.

29 və 90+3-cü dəqiqədə toru silkələyən Mane isə ardıcıl 6-cı ev oyununda rəqibi mərkəzə dəvət etməyi bacarıb. Mane "Liverpul"un heyətində bunu bacaran 5-ci oyunçu kimi tarixə düşüb. Ona qədər Maykl Ouen, Fernando Torres, Luis Suares və Məhəmməd Salah eyni göstəriciyə imza atmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest