Azərbaycanlı referi Əliyar Ağayev Yunanıstan Super Liqasının XXIV turunda PAOK - "Atromitos" oyununu idarə edib. Mərkəzi qarşılaşma meydan sahiblərinin qələbəsi ilə nəticələnib. Birinci hissədə 2, ikinci hissədə isə 1 cavabsız qol vuran Saloniki təmsilçisi 3:0 hesablı qələbə qazanaraq, liderliyini möhkəmlədib.

Azərbaycanlı referi Əliyar Ağayev Yunanıstan Super Liqasının XXIV turunda PAOK - "Atromitos" oyununu idarə edib. Matc.az saytı xəbər verir ki, mərkəzi qarşılaşma meydan sahiblərinin qələbəsi ilə nəticələnib.

Birinci hissədə 2, ikinci hissədə isə 1 cavabsız qol vuran Saloniki təmsilçisi 3:0 hesablı qələbə qazanaraq, liderliyini möhkəmlədib. Əliyar Ağayev bu görüşdə qonaqların qapısına 2 dəfə penalti təyin edib. 16-cı dəqiqədə Vieyrinya hesabı açmaq şansını əldən veribsə, 45+3-cü dəqiqədə Bisesvar toru silkələməyə müvəffəq olub.

Ağayev oyun ərzində ev sahiblərindən yalnız sabiq "Qarabağ"lı Pedro Enrikeyə sarı vərəqə göstərib. Əvəzində qonaqlardan 2 nəfər "sarı" alıbsa, hücumçu Bruno 90-cı dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest