Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, CEV-in Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişman növbəti dəfə təyinat alıb. Matc.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) ona qadınlar ular arasında çempionlar Liqasının pley-off mərhələsi matçını həvalə edib.
 
Frişman Türkiyənin İstanbul şəhərində keçiriləcək yerli "Vakıfbank"la Polşa təmsilçisi "LKS Lodz" arasında baş tutacaq qarşılaşmada supervayzer kimi fəaliyyət göstərəcək və hakimlərin işinə qiymət verəcək.
 
Martın 1-dəki görüşü macarıstanlı Halaş Tibor və rumıniyalı Visan Benone idarə edəcək.
 
Qeyd edək ki, "Vakıfbank"la "LKS Lodz"in ilk duelində Türkiyə klubu 3:0 hesablı qələbə qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest