Kişilər və qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, dördüncü dövrənin oyunlarına martın 2-də və 3-də start veriləcək.
 
Martın 2-də qadın voleybolçular arasında Yüksək Liqada 10-cu turun oyunları keçiriləcək. Həmin gün ilk olaraq meydana "Azərreyl" və "Murov" klubları çıxacaq. Görüş saat 16:00-da başlanacaq. Turun növbəti qarşılaşmasında isə "Abşeron" və UNEC üz-üzə gələcək. Bu oyunun start fiti isə saat 18:00-da çalınacaq.
 
Kişi voleybolçular arasında Yüksək Liqada 10-cu turun oyunları martın 3-də keçiriləcək. Voleybol Mərkəzində təşkil ediləcək turun ilk matçı saat 16:00-da "Neftçi" və "Murov" komandaları arasında olacaq. Saat 18:00-da isə MOİK - "Xarı bülbül" dueli start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest