10 turdan sonra "Azərreyl" 25 xalla turnir cədvəlində liderliyini davam etdirir. "Abşeron"un 18, "Murov"un 17 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün 4-cü dövrəyə start verilib. Matc.az xəbər verir ki, 10-cu turun ilk matçı "Azərreyl" və "Murov" komandaları arasında baş tutub.
 
Tay-brekə kimi davam edən matçın ilk hissəsində 25:18 hesabı ilə "Azərreyl" qalib gəlib. İkinci setdə toparlanan "Murov" 25:23 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib - 1:1. üçüncü set isə "Azərreyl"in xeyrinə sona çatıb - 25:18. Matçın dördüncü hissəsini "Murov" 25:22 hesabı ilə aktivinə yazdırsa da, həlledici setdə "Azərreyl" daha səhvsiz oynayaraq qalib gəlib (15:10) və görüşün hesabını rəsmiləşdirib - 3:2.
 
Voleybol Mərkəzində təşkil olunan 10-cu turun son qarşılaşması "Abşeron" və UNEC komandaları arasında olub. Bu görüşdə isə qalib 3 setdə müəyyənləşib. Turnir cədvəlində üçüncü olan Famil Ağayevin komandası bu matçda 25:21, 25:23, 25:10  hesabı ilə qalib gələrək aktivinə 3 xal yazdırıb və ikinci pilləyə yüksəlib.
 
10 turdan sonra "Azərreyl" 25 xalla turnir cədvəlində liderliyini davam etdirir. "Abşeron"un 18, "Murov"un 17 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest