Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 4-cü dövrəyə start verilib. Matc.az xəbər verir ki, bu gün Voleybol Mərkəzində təşkil olunan 10-cu turda "Xarı bülbül" MOİK-lə üz-üzə gəlib.
 
Qarşılaşma Şuşa komandasının üstünlüyü ilə başa çatıb. İlk setdə 25:19 hesabı ilə qalib gələn "Xarı bülbül" ikinci setdə 24:26 hesabı ilə məğlub olub. Bununla belə, təcrübə öz sözünü deyib. üçüncü və dördüncü hissələri 25:17, 25:17 hesabı ilə qalib başa vuran "Xarı bülbül" 3 xalı 3:1 hesablı qələbə ilə əldə edib.
 
Qeyd edək ki, 10-cu turun "Neftçi" - "Murov" qarşılaşması baş tutmayıb. "Neftçi" klubu oyuna çıxmadığına görə matçın hakimləri və oyunun supervayzeri qaydalara uyğun olaraq, bu komandaya texniki məğlubiyyət veriblər.
 
Beləliklə, 10 turdan sonra Azərbaycan Yüksək Liqasında "Murov" 29 xalla turnir cədvəlində birincidir. 18 xala malik "Xarı bülbül" ikinci, 12 xalla "Neftçi" üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest