11 Mart 2019, 12:41
FUTBOL
"Neftçi"nin futbolçusu Anton Krivotsyuk "ağ-qaralar"ın heyətində 50-ci oyununu keçirib. Matc.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, müdafiəçinin yubileyi Topaz Premyer Liqasının XX turuna təsadüf edib.
Antonun paytaxt klubundakı debütü 2017/18 mövsümünün əvvəlinə təsadüf edib. O, 2017-ci il avqustun 25-də "Kəpəz"lə görüşdə (0:0) meydana çıxıb. Təxminən ilyarım ərzində Premyer Liqada 42, Azərbaycan kubokunda 6, UEFA Avropa Liqasında 2 matça çıxan müdafiəçinin hesabında iki qol var.
Milli üzvü hər iki topu çempionatda vurub.