Azərbaycan Basketbol Liqası çərçivəsində bu gün "Sərhədçi" İdman Mərkəzində 20-ci turun iki oyunu keçirilib. Matc.az xəbər verir ki, günün ilk oyunu "AAAF Xırdalan" və "Olimpik Şəki" basketbolçuları arasında baş tutub.
 
Oyunun ilk hissəsində bərabər mübarizə getsə də, ikinci hissədə xırdalanlılar üstünlüyü ələ alaraq 100:77 hesablı qələbə qazanıblar. Ən məhsuldar basketbolçular "AAAF Xırdalan"da Deymon Makdouel (35 xal, 6 ribaund), "Olimpik Şəki"dən Larri Robinson (31 xal, 5 asist) olublar.
 
Günün ikinci oyununda iki paytaxt komandası "Sabah" və "Sərhədçi" üz-üzə gəliblər. Əlavə vaxta gedən gərgin oyunun sonunda "Sabah" basketbolçuları 100:92 hesablı qələbəyə seviniblər. Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (23 xal, 9 ribaund), "Sərhədçi"dən Brendon Miller (24 xal, 6 asist) olublar.
 
Turun son oyunu sabah Astara Olimpiya İdman Kompleksində "Zirvə Astara" ilə "Neftçi İK" arasında baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest