"Real" baş məşqçisi Santyaqo Solari ilə yollarını ayırmağa hazırlaşır. Matc.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, La Liqanın XXVII turunda "Valyadolid" üzərində böyükhesablı qələbə də (4:1) rəhbərliyin fikrini dəyişməyib.

Klub prezidenti Florentino Peres qərarında qətidi və komandanı yenidən Joze Mourinyoya həvalə etməyə çalışır. Peresin bu gün Solari ilə bir araya gəlməsi və ardından istefa qərarının açıqlanması gözlənilir.

Qeyd edək ki, Santyaqo Solari mövsümün gedişində Xulen Lopeteqinin yerinə gətirilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest