"Real"la 2022-ci ilə kimi müqavilə imzalayan Zinəddin Zidanın ilk transfer hədəfi bəlli olub. Matc.az saytının məlumatına görə, bu barədə İngiltərə mətbuatı xəbər yayıb.

Bildirilib ki, Zizu komandasında ilk olaraq Nqolo Kanteni görməkdə maraqlıdır. "çelsi"nin üzvünə yarımmüdafiədəki əsas oyunçu gözü ilə baxan fransız mütəxəssis bunun üçün istənilən fədakarlığı etməyə hazırdı.

Qeyd edək ki, 2016-cı ildən "çelsi"də çıxış edən Kante elə həmin ildən Fransa millisinin də əsas üzvlərindən biridir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest