Azərbaycan Basketbol Liqasında 21-ci turun növbəti oyunu keçirilib. Matc.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "AAAF Xırdalan" və "Zirvə Astara" basketbolçuları üz-üzə gəliblər.
 
Əlavə vaxtın yaşandığı oyunda geri dönüş edən "AAAF Xırdalan", 90:85 hesabı ilə çətin qələbə qazanıb. Ən məhsuldar basketbolçular "AAAF Xırdalan"dan Endryu Korum (21 xal, 16 ribaund), "Zirvə Astara"dan Cerret Henderson (21 xal, 10 ribaund) olub.
 
Turun qalan qarşılaşmaları 11 və 12 martda keçiriləcək. "Gəncə" "Sərhədçi"ylə, "Olimpik Şəki" isə "Sabah"la qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest