İtaliya A seriyasında XXVII tura yekun vurulub. Matc.az saytını məlumatına görə, turun son oyununda "Roma" "Empoli" ilə qarşılaşıb.

Paytaxtda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. "Canavarlar" El Şaaravi və Patrik Şikin qolları ilə 2:1 hesablı qalibiyyət əldə ediblər.

Qeyd edək ki, 27 oyundan sonra xalını 47-ə yüksəldən "Roma" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

İtaliya A seriyası

XXVII tur

11 mart

"Roma" – "Empoli" – 2:1

El Şaaravi, 9, Patrik Şik, 33 – Jezus, 12 (avtoqol)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest