Gürcüstanın Tiflis şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə oğlanlardan ibarət U-16 millimiz növbəti yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, yerli "Akademiya" komandası ilə üz-üzə gələn Tahir Baxşıyevin yetirmələri parketdən 74:50 hesablı qələbə ilə ayrılıblar.
 
Xatırladaq ki, təlim-məşq toplanışı martın 17-nə qədər davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest