23 yaşlı forvard ÇL tarixində bir pley-off matçında 5 qol vurmağı bacaran ikinci oyunçu olub. Əvvəllər bu nailiyyəti Lionel Messi göstərib.

"Mançester Siti"nin hücumçusu Erlinq Haland çempionlar Liqasının 1/8 final mərhələsinin "Leypsiq"lə cavab oyununda penta-trikə imza atıb. Matc.az xəbər verir ki, bu 5 qol ona "şəhərlilər"in yeni rekordunu qırmağa imkan verib.
 
Norveçli bir mövsümdə vurduğu qolların sayına görə Premyer Liqa təmsilçisinin tarixinin ən məhsuldar oyunçusuna çevrilib. Cari mövsüm Halandın aktivində 39 top var. O, Tommi Consona məxsus 1930-cu ildəki rekordu yeniləyib.
 
Həmçinin 23 yaşlı forvard çL tarixində bir pley-off matçında 5 qol vurmağı bacaran ikinci oyunçu olub. Əvvəllər bu nailiyyəti Lionel Messi göstərib. Argentinalı "Barselona"da olarkən Almaniyanın digər komandası "Bayer"lə (7:1) qarşılaşmada rəqibi 5 dəfə mərkəzə dəvət edib.
 
Qeyd edək ki, "Leypsiq"i 7:0 hesabı ilə məğlub edən "Mançester Siti" 1/4 finala adlayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest