Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının əsas mərhələsi başa çatıb. Matc.az xəbər verir ki, bu gün Voleybol Mərkəzində təşkil olunan 12-ci turun ilk qarşılaşması MOİK və "Neftçi" komandaları arasında olub.
 
Matçın qalibi tay-brekdə müəyyənləşib. "Neftçi" əsas mərhələdəki son matçında 3:2 hesabı ilə qələbə qazanıb (16:25, 25:14, 25:21, 22:25, 11:15).
 
12-ci turun son oyununda isə "Xarı bülbül" və "Murov" kollektivləri üz-üzə gəliblər. Gərgin və maraqlı mübarizədə keçən matçın qalibi Şuşa komandası olub. 3:1 (25:20, 21:25, 27:25, 25:23) hesabı ilə "Murov"a qalib gələn "Xarı bülbül" əsas mərhələni qələbə ilə başa vurub. 
 
Beləliklə, əsas mərhələnin son turundan sonra turnir cədvəlində 32 xalla "Murov" birinci, 23 xala malik "Xarı bülbül" ikinci, 15 xalla "Neftçi" üçüncü yerdə qərarlaşıb. MOİK isə 2 xalla sonuncu olub. 
 
Dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan "Murov"  dördüncü yerin sahibi MOİK-lə, ikinci olan "Xarı bülbül" isə üçüncü yeri tutan "Neftçi" komandası ilə qarşılaşacaq. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
 
Oyunların keçiriləcəyi tarix və məkan haqqında məlumat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest