AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında I divizionun XVIII turunda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib. Matc.az saytının məlumatına görə, bu dəfə də bəzi komandalar həvəskar yanaşmaya görə cərimələnib.

Belə ki, "Turan Tovuz" – "Qaradağ Lökbatan" görüşündə meydan sahibləri matçın protokolunu vaxtında təqdim etmədiyindən, 80 manat cərimələnib.

"Şüvəlan" – "Neftçi-2" qarşılaşmasında isə xərək daşıyan şəxslərin yaşı əsasnaməyə uyğun olmadığına görə, ev sahibi 80 manat məbləğində cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest