Zinəddin Zidanın "Real"ın baş məşqçisi postuna təyin olunması bir neçə futbolçunun da fikrini dəyişməsinə səbəb olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, onlardan biri də Marselodu.

Cari mövsüm əsas heyətdən kənarda qalan braziliyalı müdafiəçi yayda "Yuventus"a keçməyi planlaşdırırdı. Hətta tərəflər arasında ilkin razılıq da əldə olunmuşdu. Lakin "Yuventus"un "sükanı arxası"na keçməkdən imtina edən Zidan futbolçusunun da İtaliyaya köçməsinə imkan verməyib.

Fransalı mütəxəssis onu komandasının əsas simaları arasında görür və satılmasına qarşı çıxıb. Baş məşqçi dəyişikliyindən sonra "sambaçı" da getməklə bağlı fikrini dəyişib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest