Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor"da üç günlük istirahət başa çatır.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor"da üç günlük istirahət başa çatır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, Super Liqa təmsilçisi bu gündən "Umraniyespor"la çempionat oyununun hazırlığına başlayacaq.
 
Məşqə yalnız milli komandalarında olan 5 oyunçu qatılmayacaq. Zədə ucbatından Azərbaycan yığmasından kənarlaşdırılan Mahir Emreli də məşqlərdə iştirak edə biləcək. Ancaq 25 yaşlı forvard hələlik kollektivdən ayrı fərdi çalışmalarla kifayətlənəcək.
 
Onun "Umraniyespor"la qarşılaşmaya qədər hazır olması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest