Futbol üzrə İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç Aç-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmaslna qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, İtaliyanın "Milan" klubunda çıxış edən 42 yaşlı forvard bu görüşdə daha yaxşı mübarizə aparacaqlarını bildirib:
 
"Sabahkı qarşılaşma tam fərqli olacaq. Kifayət qədər qol şanslarımızın olacağını düşünürəm. Şans hesabına belə olsa, qollar vurmaq lazımdır. Necə ki, Belçika seçməsi bunu bizimlə oyunda etdi".
 
Xatırladaq ki, martın 27-də Solna şəhərindəki "Friends Arena"da keçiriləcək İsveç - Azərbaycan oyununa Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest