Bu gün "Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan kubokunun final qarşılaşması baş tutub. Matc.az xəbər verir ki, "Gəncə" və NTD komandalarının üz-üzə gəldiyi final oyununa gəncəlilər üstün başlayıblar.
 
Lakin oyunun ikinci hissəsində 20 xallıq fərqdən geri dönüş edən NTD komandası oyunu əlavə vaxta aparsa da, əlavə vaxtda "Gəncə" 100:89 hesablı qələbə qazanaraq kubokun qalibi olub. Finalın ən dəyərli basketbolçusu "Gəncə" komandasının oyun qurucusu Kollin Törner seçilib.
 
Ən məhsuldar basketbolçular "Gəncə"dən Kollin Törner (38 xal, 13 ribaund), NTD-dən Zak Hadson (20 xal, 8 ribaund) olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest