Bu gün özbəkistanda rapid üzrə beynəlxalq şahmat turniri start götürəcək. Matc.az saytı xəbər verir ki, Azərbaycanı bu yarışda Şəhriyar Məmmədyarov təmsil edəcək.
 
Onunla yanaşı, Nodirbek Abdusattarov, Aleksandr Qrişuk və Rüstəm Kasımjanov kimi tanınmış şahmatçılar da yarışa qatılacaq. Beynəlxalq turnirin baş hakimi isə Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov olacaq.
 
Qeyd edək ki, üç gün davam edəcək turnirin mükafat fondu 50 min ABŞ dollarıdı.
 
TURAN
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest