"Milan"ın hücumçusu Zlatan İbrahimoviçin durumuna aydınlıq gəlib. Matc.az saytı xəbər verir ki, 41 yaşlı forvard "rossonyerlər"in daha bir neçə oyununu buraxmalı olacaq.
 
AVRO-2024-ün seçmə mərhələsi öncəsi İsveç yığmasına qayıdan və Belçika (0:3) ilə matçda zədələndiyi üçün Azərbaycanla (5:0) görüşü buraxan ulduz futbolçu "Milan"ın düşərgəsinə qayıtdıqdan sonra tibbi müayinədən keçib.
 
Həkimlər sağ budunda əzələ ağrıları hiss edən İbranın zədəsinin ciddi olmadığını və təxminən 2 həftə komandadan ayrı qalacağını açıqlayıb.
 
Qeyd edək ki, Zlatan İbrahimoviç diz bağındakı ağır zədə səbəbindən ötən il 9 ay yaşıl meydanlardan kənarda qalıb.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest