Azərbaycanlı şahmatçı Teymur Rəcəbov FIDE reytinqində ilk "onluq"dakı mövqeyini qoruyub. Matc.az xəbər verir ki, aprel ayı üçün açıqlanan siyahıda tanınmış qrossmeyster 10-cu yerdə qalıb.

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov FIDE reytinqində ilk "onluq"dakı mövqeyini qoruyub. Matc.az xəbər verir ki, aprel ayı üçün açıqlanan siyahıda tanınmış qrossmeyster 10-cu yerdə qalıb.
 
Onun aktivində 2747 xal var. Digər həmyerlimiz Şəhriyar Məmmədyarov bir pillə geriləyərək, 2738 xalla 16-cı yerdədi.
 
Digər kişi şahmatçılarımız Qədir Hüseynov 79-cu (2661), Rauf Məmmədov isə 98-ci (2646) pillədədi.
 
Reytinqə yenə norveçli dünya çempionu Maqnus Karlsen (2853) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Liren Dinq (2788) üçüncüdü.
 
Qadın şahmatçılarımızın isə reytinqdə mövqeləri belədi: Günay Məmmədzadə - 23 (2449 xal), ülviyyə Fətəliyeva - 52 (2401), Gövhər Beydullayeva – 71 (2375), Gülnar Məmmədova – 96 (2349).
 
Qadınların reytinqinə çinli Hou İfan (2628 xal) başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest