"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 23-cü turunun daha iki oyunu baş tutub. Matc.az xəbər verir ki, günün ilk oyununda NTD region təmsilçisi "Olimpik" (Şəki) ilə üz-üzə gəlib. NTD bu oyunda 102:71 hesablı rahat qələbə qazanaraq, çempionatın vahid lideri olub. Ən məhsuldar basketbolçular NTD-dən Brayson Robinson (24 xal, 7 asist), "Olimpik"dən isə Larri Robinson (21 xal, 6 asist) olublar.
 
Günün ikinci oyunu "Neftçi" və "Sərhədçi" basketbolçuları arasında keçirilib. Bu görüşdə 89:77 hesablı qələbə qazanan "Neftçi", rəqibinin pley-off şanslarını azaldıb. Ən məhsuldar basketbolçular "Neftçi"də Yuri Kondrakov (22 xal, 11 ribaund, 11 asist), "Sərhədçi"də Maksvel Starvud (24 xal, 3 ribaund) olublar.
 
23-cü tura "Gəncə" - "Zirvə" (Astara) oyunu ilə yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest