Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən "Suada Dilberoviç" turnirində 15 medal qazanıblar.
 
Matc.az xəbər verir ki, onlardan 5-i qızıl, 5-i gümüş və 5-i bürünc əyarlıdır.
 
Alina Məmmədova üç qızıl (çoxnövçülük, halqa, top), bir gümüş (lent), bir bürünc ( gürzlər), Leyli Ağazadə iki qızıl (gürzlər, lent), iki gümüş (çoxnövçülük, halqa), bir bürünc ( top), Mədinə Dəmirova isə iki gümüş ( top, gürzlər) və üç bürünc ( çoxnövçülük, lent, halqa) medala sahib çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest