Bu gün Gəncə Olimpiya İdman Kompleksində Basketbol Liqasının 23-cü turunun bağlanış oyunu baş tutub. Matc.az xəbər verir ki, "Gəncə" doğma azarkeşlər önündə "Zirvə Astara" basketbolçularını qəbul edib.
 
Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən gəncəlilər 98:89 hesablı qələbə qazanaraq, pley-off zonasındakı yerlərini bir qədər də möhkəmləndiriblər.
 
Ən məhsuldar basketbolçular "Gəncə"dən Kollin Törner (34 xal, 11 asist), "Zirvə Astara"dan isə Darin Conson olublar (24 xal, 4 ribaund).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest