03 Aprel 2023, 11:53
DİGƏR
Akademik avarçəkmə üzrə Azərbaycan yığmasının üzvü Diana Dımçenko daha bir beynəlxalq reqatada qızıl medal qazanıb. Matc.az xəbər verir ki, o, bu uğura İtaliyada təşkil edilən "Paolo d’Aloja" memorialında imza atıb.
İtaliya Avarçəkmə Federasiyasının keçmiş prezidentinin xatirəsinə həsr edilən və sayca 37-ci dəfə keçirilən beynəlxalq reqatada Dımçenko bir nəfərlik qayıqla 2000 metr məsafəyə təsnifat mərhələsində 3-cü olub və finala vəsiqə qazanıb. Final yürüşündə isə o, ən yaxın izləyicisi serbiyalı Yovana Arsiki 1,05 saniyə geridə qoymaqla qızıl medala layiq görülüb.
Finişə 3-cü çatan özbəkistan təmsilçisi, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Anna Prakateni isə gümüş medaldan cəmi 1,3 saniyə geri qalıb.