Bolqarıstanın Plovdiv şəhərində keçirilən yeniyetmə və gənclərin dünya çempionatında qılıncoynatmanın sablya növündə yarışlara yekun vurulub. Matc.az xəbər verir ki, ötən gün sablyada gənc oğlan və qızlar arasında komanda yarışına yekun vurulub.
 
Zərifə Hüseynova, Fərəh Abbasova və Fidan Quliyevanın təmsil olunduğu komanda dünya çempionatında yarmfinala kimi irəliləyən Bolqarıstan yığmasına 39:45 hesabı ilə uduzub. Xatırladaq ki, Zərifə Hüseynova daha öncə yeniyetmə qız sablyaçıların şəxsi yarışında gümüş medal qazanıb.
 
Murad Əkbərov, Maqsud Hüseynli, Ayxan Xasıyev və Saleh Məmmədovdan ibarət komandamız ilk görüşündə Ukrayna seçmə kollektivinə 28:45 hesabı ilə məğlub olub. Daha öncə keçirilən gənc oğlan sablyaçıların şəxsi yarışında isə adları qeyd olunan qılıncoynadanlarımız qrup mərhələsini uğurla adlasa da, pley-offda mübarizəni dayandırıb. Murad Əkbərov və Ayxan Hüseynovda 64-lüyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest