Azərbaycanlı şahmatçı Günay Məmmədzadə FIDE tərəfindən dünya yığmasına dəvət olunub. Matc.az saytı xəbər verir ki, Avropa çempionatının gümüş mükafatçısı Qazaxıstanın paytaxtı Astanada şahmatın blitz növü üzrə Qazaxıstanla dünya yığması arasında keçiriləcək yoldaşlıq görüşündə gücünü sınayacaq.
 
Yarış aprelin 17-19-u aralığında baş tutacaq. Bu, aprelin 7-dən mayın 1-dək Dinq Lirenlə Yan Nepomnyaşiy arasında Astanada keçiriləcək şahmat tacı uğrunda oyuna həsr ediləcək.
 
Dünya yığmasının heyətində Günay Məmmədzadə ilə yanaşı, Hou Yufan, Nana Dzaqnidze və digər tanınmış qrossmeysterlər mübarizə aparacaqlar.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest