Bədii gimnastika üzrə Azərbaycanın böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığması Fransanın Tiye şəhərində keçiriləcək 34-cü beynəlxalq qran-pridə iştirak edəcək.
 
Matc.az xəbər verir ki, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət kollektiv və fərdi gimnast Zöhrə Ağamirova artıq sözügedən ölkəyə yollanıblar.
 
Bu gün start götürən yarış aprelin 10-dək davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest