"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 25-ci turunun növbəti oyunu baş tutub. Matc.az xəbər verir ki, "AAAF Xırdalan" çempionatın lideri NTD ilə üz-üzə gəlib.
 
Oyuna üstün başlayan NTD komandası gərgin oyunun sonunda rəqibi üzərində 102:95  hesablı qələbə qazanaraq, çempionatın vahid liderliyinə yüksəlib.
 
Ən məhsuldar basketbolçular "AAAF Xırdalan"da Devin Pullum (29 xal, 10 asist), NTD-dən isə Brayson Robinson (34 xal, 11 ribaund) olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest